Qurban Məmmədov
3 oğlumdan ikisi: Elnur və Çalxan, Elnur Tovuzda, Çalxan isə Ağdamda düşmənlə üzbəüz səngərdə-ön xətdə xidmət ediblər. Böyük oğlum Qoşqar 2004-cü ildə 11 saylı Cəzaçəkmə Müəssisəsinin keçmiş rəisi Rasim adlı şəxs tərəfindən şərlənərək həbs edildiyinə və mənim siyasi mövqeyimə görə təqib edildiyinə görə, Vətəni tərk etdi, indi öz əməyini, bilik və bacarığını ingilis xalqının xidmətinə qoyub.
Mən özüm sovet ordusunda xidmət etmişəm.
1988-1993-ci illərdə Ağdam, Şuşa, Xocavənd, Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan və Füzuli bölgələrinin düşməndən müdafiəsində müxtəlif statuslarda iştirak etmişəm. Heç vaxt bu barədə danışmamışam və bunu özümə ayıb bilmişəm. Ancaq…
Biz nəsillikcə bu Vətənin müstəqilliyi uğrunda döyüşəndə, şəhidlər verəndə, qazi olanda, vaxtilə bu Vətənin müstəqilliyinin əleyhinə səs verənlər, imperiyaya nökərçilik edənlər, Vətənin müdafiəsindən yayınmaq üçün Azərbaycandan qaçıb Rusiyada bizneslə məşğul olanlar indi bu VƏTƏNi ac qurd kimi sökməkdə, talamaqdadırlar. Haram yeməkləri cəhənnəm, hələ bir bizə kəllə də atırlar. Əmək hüquqlarımızı, mülkiyyət hüquqlarımızı, siyasi hüquq və azadlıqlarımızı pozur, bizi adam saymırlar.
Bıçaq sümüyə dirənməkdədir…
Həyasızlıqlarının həddi yoxdur.
Unutmayın: bu Vətəni Rus imperiyasının caynaqlarından xilas edən xalq, Vətəni sizin kimi imperiya tör-töküntülərindən də xilas edəcəkdir. O gün uzaqda deyil !
Yazı tanınmış vəkil Qurban Məmmədovun facebook səhifəsindən götürülüb