Rusiya prezidenti Vladimir Putin Dövlət Dumasının spikeri Sergey Narışkini Xarici Kəşfiyyat Xidmətinin rəhbəri vəzifəsinə təyin edib. O, oktyabrın 5-dən vəzifəsinin icrasına başlayacaq.
Putinin digər fərmanı ilə Xarici Kəşfiyyat Xidmətinin hazırkı rəhbəri Mixail Fradkov təqaüdə göndərilib.