“Rusiya Dövlət Dumasına Krımda keçirilən seçkilərin nəticələrin hüquqi reallığı əks etdirmir”.
Bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgic bildirib.
O bildirib ki, ölkəsi Krım yarımadası da daxil olmaqla Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir: “Ötən həftə Rusiya Federasiyasında keçirilən seçki də bu baxımdan dəyərləndirilməlidir. Ona görə də Krımda keçirilən seçkilərin nəticələri hüquqi cəhətdən keçərli deyil”.
Qeyd edək ki, Ukrayna parlamenti sentyabrın 18-də Rusiya Dövlət Dumasına keçirilən seçkilərin nəticələrini tanımadığı haqda qərar qəbul edib.
(report)