Milli Şuranın Koordinasiya Mərkəzinin toplantısı haqqında məlumat yayıb. Məlumatda deyilir:
“Sentyabr ayının 21-də Milli Şuranın Koordinasiya Mərkəzinin növbəti toplantısı keçirilmişdir. Toplantıda ictimai-siyasi vəziyyət, 26 sentyabr Referendum keçirilməsi ilə bağlı məsələlər, Milli Şuranın 17 sentyabr mitinqi ilə bağlı hakimiyyətin həyata keçirdiyi repressiya və sair məsəllər müzakirə edilib. 17 sentyabr mitinqinin təşkili ilə bağlı məsələlərə toxunana müzakirə iştirakçıları hakimiyyətin ölkədə azad toplanmaq hüququnun qarşısını almaq məqsədilə həyata keçirdiyi repressiyaları pislədilər. İclasda qeyd edildi ki, 17 sentyabr mitinqi ərəfəsində tədbirin təşkilati işlər ilә məşğul olan 87 nəfər Milli Şura üzvləri və AXCP funksioneri polis tərəfindən saxlanılmışdır. Həmin gün regionlardan Bakıya gələn yollar bağlanmısı, şənbə günü olmasına baxmayaraq tələbələri universitetlərə, işləyənləri iş yerlərinə məcburi qaydada çağırması sərt şəkildə tənqid edilmişdir. Mitinq başa çatdıqdan sonra 300 nəfərə yaxan dinc nümayişçinin, o cümlədən çoxsaylı mətbuat işçilərinin döyülməsi və qabaqcadan hazırlanmış plan əsasında ətraf polis idarə və bölmələrinə aparılması hakimiyyət orqanlarının razılaşdırılmış dinc mitinqi pozması kimi qiyymətləndirirlmişdir. Toplantıda AXCP Gənclər Komitəsinin İdarə Heyətinin üzvü Ruslan Nəsirlinin atasının bilavasitə Saatlı rayon icra başçısı Siraqəddin Cabbarov və polis rəisi Cəbrayıl Vəliyev tərəfindən döyülməsi kəskin formada pislənilmiş və rəhbər şəxslərin güc tətbiq etməklə, ayrı-ayrı vətəndaşları döyüb qorxu xofu yaratmaqla kütləvi aksiyaların qarşısını almaq cəhdlərinin ölkə konstitusiyasına, qanunlarına, Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalara zidd olduğu xatırladılmışdır. KM-nin toplantısında Avropa Şurası Venetsiya Komissiyası tərəfindən Referendum Aktına verilən ilkin rəy yüksək qiymətləndirilmişdir. Rəydə göstərilir ki, təklif edilən düzəlişlərin bir çoxu prezidentə “görünməmiş” səlahiyyətlər verərək, hakimiyyətin qolları arasında balansı pozur.Venetsiya Komissiyası alınmaqla prezident mandatının beş ildən yeddi ilədək artırılmasının heç bir bəraəti yoxdur: Müzakirə iştirakçıları rəydə prezidentə parlamenti buraxmaq səlahiyyətinin verilməsinin tənqid edilməsi, hansısa müddətdə ölkəni idarə edə biləcək vitse-prezidentlərin təyin edilməsi və ona dövlət başçısına səlahiyyət verilməsindən ifadə etdiyi narahatlığı bölüşmüşdür. Toplantıda Venetsiya Komisiyasının timsalında beynəlxalq ictimaiyyətin Azərbaycanda keçirilən Referendum Aktına münasibəti yüksək qiymətləndirilmişdir. Toplantıda Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyətinin Bakıya səfəri və aparılan danışıqlara da toxunulmuşdur. Müzakirə iştirakçıları ölkənin Avropa məkananına inteqrasiyasını zəruri hesab etmiş və şəxsi mülahizələr əsasında ATƏT-in Bakı ofisinin bağlanması, onun bərpası üçün şəxsi təkəbbürlərdən irəli gələn şərtlərin qoyulmasını yolverilməz hesab etmişlər. Müzakirələrdə siyasi məhbus problemi, “Nardaran işi” və digər məsələlər ətrafında da fikir mübadiləsi edilmişdir”.