Və ya “Əsrin müqviləsi”nin acınacaqlı sonluğu
Ölkədə vəziyyət o qədər acınacaqlıdır ki, hökumət keçmişə səyahət etmək məcburiyyətində qalıb. Xüsusən də “Əsrin müqaviləsi” üzərində fokuslaşıblar və bu müqvilənin 22 illiyini qeyd edirlər. Amma nəticə haqqında danışan yoxdur. 22 il ərzində neftdən 150 milyard dollar pul pul gəlib və nəticədə dövlətin 25 milyard xarici borcu yaranıb.
“Əsrin müqaviləsi”ndən o zaman bəh-bəhlə danışmaq olardı ki, nəticə etibarilə neftdən asılı olmayan ölkəmiz, səfalət içində yaşamayan xalqımız olsun. Amma reallıq budur ki, 150 milyar neft pulunun axdığı ölkədə bütün iqtisadi göstəricilər sürətlə aşağı düşür, 2.5 miylon vətəndaş kredit borcu ödəyir, dövlətin xarici borcu sürətlə artır, milli valyuta koma vəziyyətindədir, bank sektoru iflic olub, təhsil, səhiyyə, hüquq sistemi şikəst vəziyyətdədir və Azərbaycan “qeyei-azad ölkələr” sırasına düşüb.
Deməli, neft milyardlarından ölkəni irəli aparmağa görə yox, geriyə salmaq üçün istifadə olunub. Dövlətin sərvəti bir qrup adamın şəxsi əmlakına çevrilib, dövlət maraqları şəxslərin marağına qurban verilib.
Əslində, hakimiyyət “Əsrin müqaviləsi”nin 22 illiyində xalqa hesabat verməlidir. Niyə bu qədər böyük potensiala malik olan ölkə heç bir sərvəti olmayan Gürcüstandan geri qalır, niyə heç bir sərvəti olmayan Ermənistanda minimum əməkhaqqı Azərbyacandan çoxdur? Niyə məmurlar milyarderə çevrildiyi halda, xalq qəpik-quruşla oyanyır?
Bəli, hökumət Allahın bu lkəyə bəxş etdiyi sərvətlərdən bu ölkəni məhv etmək üçün yararlandı. “Əsrin müqaviləsi” Azərbaycanı əsrin inkişaf etmiş yox, analoqsuz tənəzzül edən ölkəsinə çevirdi.
Ölkəyə 150 milyard neft pulunu gətirmiş Neft Şirkəti bu gün 500 milyon dollar pul axtarır. Ölkəyə neftdən 150 milyard dollar gəlsə də, Neft Şirkətinin 6 miyard xarici borcu var.
Hökumət “Əsrin müqaviləsi”nin 22 yaşını neft strategiyasının tənəzzülə uğradığı dövrdə qeyd edir. Əlbəttə ki, bu qədər neft puluyla ölkəni dünyanın mərkəzinə çevirmək olardı.
22 il əvvəl hansısa müqavilənin bağlanmasını yox, 22 il sonra uğura aparan bütün yolların məqsədli şəkildə bağlanmasının izahatını vermək lazımdı. Xalqa “Əsrin müqaviləsi” ilə təsəlli verənlər, xalqı borc müqaviləsi bağlamağa, intihara, səfalətə sürükləyiblər.
Bir sözlə, neft satan şirkət istiqraz satmaqla vəziyyətdən çıxmaq istəyirsə, neft satan şirkət əhalinin qəpik-quruşuna göz dikibsə, “əsrin müqaviləsi”nin uğurundan danışmaq absurddur. Görünən budur ki, hökumət yalnız korrupsiya, monopoliya, saxtakarlıqla müqaviləyə sona qədər sadiq qalıb və “nəticə” göz qabağındadır.
Samir