Bakı Apellyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə Fuad Əhmədlinin ev dustaqlığına buraxılması barədə Nəsimi rayon məhkəməsinin qərarından verilmiş şikayətə baxılıb.
Bu haqda Azadliq.info-ya vəkil Əsabəli Mustafayev məlumat verib. O bildirib ki, Fuad Əhmədli barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsinə əsaslar olsa da məhkəmə bunu nəzərə almayıb. Hakim qısa müşavirədən sonra Nəsimi rayon məhkəməsinin qərarını qüvvədə saxlayıb.