«Azadlıq» qəzetinin yayım işləri üzrə direktoru, Azərbaycan xalq Cəbhəsi Partiyası ( AXCP) sədrinin köməkçisi Faiq Əmirli ilə bağlı iş Avropa İnsan Haqları Məhkəməsinə göndərilib. Bu barədə onun vəkili Aqil Layıcov məlumat verib.
Xatırladaq ki, Faiq Əmirli avqustun 20-də yaşadığı binanın qarşısında mülkigeyimli şəxslər tərəfindən saxlanılıb və iki gün sonra Nəsimi Rayon Məhkəməsi onun haqqında 3 aylıq həbs qəti imkan tədbir seçib.