2017-2018-ci il mövsümündə Çempionlar Liqasının final matçı Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək. UEFA-nın bu qərarını Ukrayna prezidenti Petr Poroşenko da təsdiqləyib: “UEFA 2018-ci ildə Çempionlar Liqasının finalının Kiyevdə keçirilməsi ilə bağlı qərar çıxarıb. Bu hamımız, əsasən də ukraynalı azarkeçlər üçün əla xəbərdir. Əminəm ki, biz finalı yüksək səviyyədə keçirəcəyik”.