ABŞ-da həftəlik xam neft ehtiyatları 2,3 milyon barel artıb.
ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədə kommersiya xam neft ehtiyatlarının ötən həftə bir əvvəlki həftəyə nisbətən 2,3 milyon barel (0,4 faiz) artımla 525,9 milyon barelə çatdığını açıqlayıb. Bazar gözləntisi ehtiyatların 1,2 milyon barrel azalması istiqamətində idi. Bir əvvəlki həftə xam neft ehtiyatları 2,5 milyon barrel artmışdı.
ABŞ-da strateji neft ehtiyatları dəyişməyərək sözügedən həftədə 695,1 milyon barreldə qalıb.
Bu dövrdə ABŞ-ın xam neft hasilatı əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 60 min barel azalaraq 8,49 milyon barelə düşüb.
Ölkənin xam neft idxalı da sözügedən həftədə, bir əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 275 min barrel artaraq 8,92 milyon barrelə çatıb.
ABŞ-ın həftəlik benzin ehtiyatları isə ötən həftə 0,7 milyon barrel (0,3 faiz) azalaraq 232 milyon barrel olub. Bazar gözləntisi 1,16 milyon barrel azalma olacağı istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 0,04 milyon barrel artmışdı.
BRENT NEFTİ 46 DOLLARA DÜŞDÜ
ABŞ-ın həftəlik xam neft ehtiyatlarının gözləntilərin üzərində yüksəlməsinin ardından qlobal bazarlarda xam neftin qiymətlərində 3%-ə yaxın azalma olub. ABŞ-da Qərbi Texas tipli xam neftin barrel qiyməti 44,90 dollara, London Brent növü neftin barrel qiyməti də 46,96 dollara qədər geriləyib.
(marja)