İran mətbuatının məlumatına görə, İslam İngilabı Keşikçiləri Korpusunun generalı Suriya döyüşlər zamanı öldürülüb. General Əhməd Qulami avqustun 30-da Hələb yaxınlığında döyüşlər zamanı qətlə yetirilib. Qulaminin İŞİD yaxud Azad Suriya Ordusu tərəfindən öldürüldüyü göstərilməyib. Qulaminin Suriyada hərbi müşavir kimi çalışdığı deyilir.
İran mətbuatının məlumatına görə, son illərdə Suriyadakı döyüşlər zamanı yüzlərlə iranlı əsgər və zabit öldürülüb.
azadlıq.info