Avqustun 30-da səhər Qırğızıstan paytaxtı Bişkekdə Çin səfirliyi qarşısında partlayış törədilib. Avtomobili səfirliyin darvazasına çırpmaq istəyən sürücü həlak olub, yaxınlıqdakı adamlar yaralanıb.
Ölkənin səhiyyə nazirliyi 3 nəfərin yaralandığını bildirir. İlkin məlumatlara görə, ikisi mühafizəçilərdir.
Qırğızıstanın GKNB dövlət təhlükəsizlik xidməti bildirib ki, partlayışın səbəbini araşdırır, amma detalları açıqlamayıb.
Səfirliyin darvazasına, eləcə də hasarına ziyan dəyib.