AXCP sədri Əli Kərimli Facebook səhifəsində Rusiya telekanallarının Azərbaycan Xalq Cəbhəsi Partiyasını hədəfə almasından yazıb:
“Rusiya hökumətinin də hədəfindəyik! Rusiya Dövlət Televiziyasının “Vesti” proqramı növbəti dəfə AXCP-yə qarşı böhtan xarakterli reportaj hazırlayıb. Utanmadan bizi məzhəbçi, radikal dindar, dövlət çevrilişinə çalışan gülənçilər kimi təqdim edib. Ötən əsrin 80-ci, 90-cı illərində də Azərbaycanın dövlət müstəqilliyini tələb edənləri şərləyib, narkoman və terrorçu adlandırardılar. Çox təəssüf edirəm ki, böyük qonşumuz heç dəyişməyib, ölkəmizin milli – demokratik qüvvələrinə nifrətini də heç gizlətmir. Burası aydın oldu ki, Azərbaycan və Rusiya hakimiyyətləri bizə qarşı təxribatları birlikdə təşkil edirlər. Maraqlıdır ki, AXCP-yə qarşı “gülənçi” kampaniyası Rusiyanın sifarişidir, yoxsa təşəbbüs Azərbaycan hakimiyyətindən gəlir, Rusiya hökuməti də onlara kömək edir?”