İslam Kərimovun beyninə qan sızıb. Bu barədə İnstagram səhifəsində Özbəkistan prezidentinin kiçik qızı Lola Kərimova-Tillyayeva yazıb. O, atasının bazar günü beyninə qan sızma diaqozu ilə xəstəxanaya yerləşdirildiyini açıqlayıb.
“Şənbə günü beyninə qan sızması səbəbindən xəstəxanaya yerləşdirilib və hazırda reanimasiyadadır. Vəziyyəti stabil qiymətləndirilir. Hazırda onun gələcək vəziyyətinə dair hansısa proqnoz vermək mümkün deyil”-prezidentin qızı bildirib.