Zimbabvenin “Rio-2016”dakı olimpiya yığmasının bütün üzvləri həbs edilib. Buna səbəb yığma üzvlərinin olimpiya oyunlarında heç bir medal qazanmamasıdır. Ölkə prezidenti Robert Muqabe Zimbabvenin polis generalı Avqustin Çiçuriyə yığma beynəlxalq Xarare aeroportuna enən kimi onları həbs etməyi tapşırıb.
Rioda 31 idmançı ilə təmsil olunan Zimbabve millisinin tutduğu ən yüksək yer 7-ci olub.
Muqabe komandanın bu çıxışından qəzəblənib və onlara həbs cəzası ilə dərs vermək niyyətindədir: “Biz idmançı adlandırılan bu siçovullara dövlətin pullarını xərcləmişdik. Əgər Botsvandan olan qonşularımız kimi heç olmasa 4-5-ci yeri tuta bilməyəcəkdinizsə, onda niyə dövlətin pullarını xərcləyə getdiz?”
Onun sözlərinə görə, əgər dövlət Rioda sadəcə ölkənin bayrağını qaldıran və himn oxuyan birinə ehtiyac duysaydı, Braziliyaya Zimbabve Universitetindən olan gözəl qızlar və oğlanlar göndərərdi.
Muqabe bildirib ki, idmançılara sərf edilən pula məktəb tikmək və ya əhalinin sosial vəziyyətini yaxşılaşdırmaq olardı.