Vəkil Əsabəli Mustafayev hələ də müdafiəçisi olduğu AXCP üzvü Fuad Əhmədli ilə görüşə bilməyib. O, bu barədə “Feysbuk” səhifəsində yazıb:
“Baş Prokurorluğun Ağır Cinayətlərə Dair Işlər Üzrə Istintaq Idarəsinə səfər etdim. Idarədən Fuad Əhmədli ilə görüşməyə icazə məktubunu götürərək Dövlət Təhlükəsizliyi Xidmətinə getdim və məktubu təqdim etdim. Məlum oldu ki, sənədləşdirmə çox vaxt aparacaq və mən yalnız bazar ertəsi onunla görüşə biləcəyəm. Fuad tərəfdən əsas narahatçılıq tutulduqdan sonra ailəsi ilə əlaqə saxlaya bilməməsi, indiyə qədər tutulduğu paltardan istifadə etməsi, zəruri şəxsi əşyalar ilə təmin olunmamasından yaranıb”.
Qeyd edək ki, Fuad Əhmədli “gülənçi ittihamı” ilə həbs olunub.
7