Ankaradan ittihamlara cavab gəldi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Telefon danışığı Türkiyə prezidentinin təşəbbüsü ilə baş tutub. Prezidentlər Türkiyə-Rusiya münasibətlərinin normallaşdırılması istiqamətində qərarlı olduqlarını bir daha vurğulayıblar. Söhbət zamanı Suriya məsələsi diqqət mərkəzində olub, Hələbə humanitar yardımın çatdırılması ilə əlaqədar səylərin gücləndirilməsi barədə razılıq əldə edilib.
Ərdoğan Putinə Türkiyə ordusunun Cerablusu azad etmək üçün həyata keçirdiyi “Firat qalxanı” əməliyyatı barədə məlumat verib. Türkiyə və Rusiya prezidentləri Çində keçiriləcək G-20 zirvəsində ikitərəfli görüş keçirmək barədə də razılığa gəliblər(apa).
Bu arada, Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisinin avqustun 26-da Türkiyəyə gözlənilən səfəri təxirə salınıb. Səfərin təxirə salınma səbəbləri açıqlanmır.
Xatırladaq ki, Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisinin Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi ordu generalı Hülusi Akarla görüşü nəzərdə tutulurdu.
Türkiyə Silahlı Qüvvələri “Fırat kalkanı” əməliyyatını BMT konvesiyasının 51-ci maddəsinə uyğun həyata keçirib.
“Report” xəbər verir ki, bu açıqlamanı Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı yayıb.
Baş Qərargah bildirib ki, əməliyyat 51-ci maddədə nəzərdə tutlan özünümüdafiə haqqı çərçivəsində keçirilir: “Əməliyyat BMT-nin IŞID-ə qarşı mübarizə haqqında qəbul etdiyi qərarlar çərçivəsində davam edir. Suiyanın şimalından ölkəmizin sərhədində təhlüksizliklə bağlı risqlər mövcuddur. Türkiyə Silahlı Qüvvələri terrorçuluğa qarşı mübarizədə koalisiya qüvvələrinə dəstək verir. Bölgədə yaşayan mülki əhaliyə ziyan dəyməməsi üçün bütün tədbirlər görülür”.
Qeyd edək ki, BMT Suriyanın ərazi bütövlüyünü dəstəkləyn və Türkiyənin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə başlanılan “Fırat kalkanı” əməliyyatının qanunsuz olduğu barədə bəyanat yayıb.