Vahid Məhərrəmov: «Bunun reallaşacağına inanmaq çətindir»
Azərbaycan Ümumdünya Ticarət Təşkilatına (ÜTT) ölkədə kənd təsərrüfatına dəstək məqsədilə 1 milyard, işğal altındakı torpaqların azad edilməsindən sonra isə həmin ərazilərdə kənd təsərrüfatının bərpası üçün əlavə 1 milyard dollar ayrılmasını istəyib.
Xarici işlər nazirinin müaviniÿ Mahmud Məmmədquliyevÿ iyulda Isveçrənin Cenevrə şəhərində ölkənin ÜTT-yə daxil olması üzrə aparılan danışıqların növbəti mərhələsini şərh edərkən bu barədə məlumat verib. Onun sözlərinə görə, Cenevrədə işçi qrupun iclasında Azərbaycanın xarici ticarət rejimi müzakirə edilib: “Orada artıq bu məsələ, hansı öhdəliklər götürməyimizin zəruri olması və s. ilə bağlı sənədlər hazırlanır. Iclas kifayət qədər fəal keçdi, Avropa Ittifaqı, ABŞ və digər ölkələr tərəfindən çoxlu suallar oldu. Hələ ki onlardan yazılı cavab gözləyirik.
Hələlik Ümumdünya Ticarət Təşkilatı 5 faiz verməyə hazır olduqlarını bildirib, amma baxacağıq”.
Kənd təsərrüfatı sahəsi üzrə ekspert Vahid Məhərrəmov isə Ümumdünya Ticarət Təşkilatının bu şərtləri qəbul edəcəyinə inanmır. Ekspert bu məsələnin xeyli uzanacağını da istisna etmir. Çünki orada çox ciddi suallar qaldırılıb və məsələnin həlli üçün kifayət qədər zamana ehtiyac var: “Ona görə də bu hakimiyyətin ölkəmizi Ümumdünya Ticarət Təşkilatına üzv etməsi real görünmür. Bəhanələr gətirəcəklər və qarşıda belə məsələlər qoyulacaq. Nəticədə, bu təşkilata üzvlüyümüz hələ bir müddət uzanacaq. Orada başqa məsələlər də var. 20 ildir ki, bu məsələni uzadırlar. Ona görə ki, maraqları yoxdur və bu təşkilata üzv olmaq istəmirlər. Bu, hökumət nümayəndəsinin müsahibəsindən də açıq-aydın görünür”.
Nigar