Maliyyə Nazirliyi büdcə qarşısında öhdəliklərini icra etmək üçün devalvasiya yolunu seçib
Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Idarə Heyətinin keçmiş sədri Cahangir Hacıyev vəÿdaha yeddi nəfərin işi üzrə məhkəmə istintaqı başlanıb. Məhkəmənin gedişində maraqlı açıqlamalar verilir. Həmin açıqlamalardan biri də bundan ibarətdir ki, 2015-ci il fevralın 21-də olan devalvasiyanın əsas baiskarı maliyyə naziri Samir Şərifov olub.
C.Hacıyevin sözlərinə ÿgörə, onun rəhbərliyi dövründəÿ Beynəlxalq Bank həmişəÿ xeyirlə işləyib. Deyir ki, 2014-cü ildəÿ bank 25 milyon xalis mənfəətlə ÿçıxıb. 2015-ci il martın 18-də ÿistefaÿ ərizəsi yazdığını deyən C.Hacıyev qeyd edir ki, ötən ilin ilk altı ayının nəticələrinə ÿgörə, bank zərərləÿ işləyib: “Mən eşidirəm, bilirəm, internetdəÿ də ÿyazırlar, insanlar Elman Rüstəmov haqqında pis-pis sözlər deyirlər, hesab edirlər ki, devalvasiyanın səbəbkarı odur. Amma inanın, onun devalvasiyaya aidiyyəti yoxdur. O, bununÿəleyhinəÿidi. Elə mən də, Vahid Axundov daÿəleyhinəÿidik. Bir gecənin içindəÿ34 faizlik devalvasiyanın tək müəllifi Samir Şərifovdur. Devalvasiya olmalı idi, ancaq bu şəkildəÿyox, tədricən. Bank sistemindəÿ kapital artırılmalı, möhkəmləndirilməli, bundan sonra tədricən baş verməli idi. Beynəlxalq Bankaÿ əvvəlcədən heç bir xəbər vermədən bu addımı atdılar. Bu qərara görə, bank bir gecədəÿ 130 milyon kapital itirdi. Oradakı menecmentlərin sayəsində ÿaktivlərin dəyişməsindən 7-9 milyon ziyanla çıxdı.ÿƏgər menecmentlərin səyi olmasaydı, ziyan 150 milyon olacaqdı. Hamı bilsin ki, bunun günahkarı Samir Şərifovdur. Mən elə ÿbeləÿ demirdim ki, o adam burada oturmalıdır. Inanıram ki, bir gün oturacaq da…”.
Bəs belə bir qərarın verilməsində S.Şərifovun hansı maraqları olub. Burada əsas yerdə hansı maraqlar şəxsi, yoxsa rəhbərlik etdiyi qurumun mənafeyi üstün olub. Yoxsa bu qərar bank sektorunu ələ keçirməyə hesablanıbmış?
Məsələ ilə bağlı söhbət etdiyimiz ekspertlər onu vurğuladılar ki, S.Şərifovun kəskin devalvasiyanın tərəfdarı olmasında məqsəd dövriyyənin artırılması və Maliyyə Nazirliyinin bir qurum kimi büdcə qarşısında öhdəliyini icra etməsində olub. Yəni milli valyutanın dəyərdən düşməsi ərzaq və xidmətlərin daha da bahalaşması vətəndaşların gəlirlərinin azalmasına və xərclərinin artmasına səbəb olsa da, bu eyni zamanda manat dövriyyəsini də artırır. Amma 2015-ci ildə baş verən hər iki devalvasiya qərarı Ilham Əliyevə məxsusdur. Çünki bunu dövlət başçısının açıqlamaları da sübut edir. Devalvasiyadan sonra Mingəçevirdə çıxışı zamanı Ilham Əliyev devalvasiyanın səbəblərinə toxunaraq, bu addımın səbəblərinə aydınlıq gətirdi.
Amma baş verən devalvasiyada S.Şərifovun adının hallanmasının əsasları var. Görünür, devalvasiya ilə bağlı müzakirələr gedən zaman S.Şərifov bu addımın zəruri olduğunun daha çox əsaslandırmağa çalışıb. Çünki S.Şərifovun büdcənin icrasında nazir kimi müəyyən öhdəliyi var. Məhz Maliyyə Nazirliyi büdcə gəlirlərinin hansı mənbələr hesabına formalaşacağını, büdcə xərclərinin necə sistemləşdiriləcəyini müəyyən edir.
Ona görə S.Şərifovun vəziyyətdən çıxış yolu kimi məhz devalvasiyanı təklif etməsi təsadüfi deyil. Amma devalvasiya qərarı yanlış idi. Bunu ötən müddət iqtisadiyyatda baş verənlər də sübut etdi. Iki devalvasiyadan sonra faktiki olaraq iqtisadiyyat çöküb. Yalnız bank sistemi deyil, ölkə iqtisadiyyatı sıradan çıxarılıb. Devalvasiya zamanı hökumətin izahatı belə oldu ki, ixrac yönümlü iqtisadiyyat stimullaşacaq. Amma ötən müddət ərzində bir əksi prosesi müşahidə edirik.
Xəyal