Bu gün səhər saatlarında Tovuz rayonunda yaşayan Azərbaycan Yazıçılar Birliyinin üzvü, Aşıq Hüseyn Bozalqanlı adına ” Varislər ” Ədəbi Məclisinin sədri şair Əbülfət İSLAM dünyasını dəyişmişdir. Qeyd edək ki, Əbülfət İSLAM 1950-ci ildə Tovuz rayonunun Bozalqanlı kəndə dünyaya göz açmışdır.APİ-nin ( indiki ADPU ) Filologiya fakültəsini bitirmişdir. Uzun müddət pedoqoji sahədə- Tovuz rayon Təhsil Şöbəsində metodist vəzifəsində çalışmışdır. Bir neçə kitabın müəllifidir.