ABŞ Fəthullah Güləni ən azı həbs etməlidir. Çünki ABŞ və Türkiyə arasında cinayətkarların həbsi və verilməsi barədə saziş mövcuddur.
“TRT Haber” telekanalının məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın vitse-prezidenti Co Baydenlə birgə mətbuat konfransında deyib.
***
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın vitse-prezidenti Co Baydeni qəbul edib. “Anadolu” xəbər verir ki, görüş təxminən 2 saat 25 dəqiqə davam edib.