Avqustun 24-də Fuad Əhmədlinin həbsindən verilmiş apellyasiya şikayətinə baxılıb. Bakı Apellyasiya Məhkəməsi Səbael Rayon Məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlayıb.
Vəkil Əsabəli Mustafayev bildirib ki, Fuad Əhmədli ilə konfidensial görüş imkanı hələ ki, təmin edilməyib. Bunun üçün məktub hələ ki təqdim edilməyib. Məhkəmə zamanı Fuadın hələ də DTX təcridxanasında saxlandığı məlum olub. Vəkil bildirib ki, bu iş prokurorluqda başlanan işlə birləşdiyindən Fuad Əhmədlinin Bakı İstintaq Təcridxanasına köçürülməsi təmin edilməlidir. Lakin Səbael məhkəməsinin qərarında saxlama yeri DTX təcridxanası göstərilib. Bununla bağlı əlavə şikayət veriləcək.