AXCP sədri Əli Kərimli özünün facebook səhifəsində keçmiş səhiyyə naziri Əli İnsanovun həbsinə münasibət bildirib.
“Ey saxtakarlar, sizin “qanuni” müalicəniz, qatil səhiyyə sisteminiz yüzlərlə insanın canını alır, siz isə akademik, keçmiş səhiyyə naziri Əli İnsanova qarşı yeni cinayət işi açırsınız ki, xəstələri qanunsuz müalicə edirmiş. Utanmaq hissi heçmi yoxdur? Əksər insanlar bilirdilər ki, cəza müddəti başa çatmaq ərəfəsində Əli İnsanova qarşı yeni cinayət işi açacaqsınız. Bilinmirdi ki, nəyi bəhanə edəcəksiniz, amma cəza müddəti başa çatsa da, onu həbsdən buraxmaycağınızı hamı gözləyirdi. Soruşursunuz ki, hardan bilirdi bunu xalq? Cavab verim, çünki xalq artıq onu idarə edənləri tanıya bilib. Nə qədər kinli, qəddar, siyasi rəqabətdən qorxan olduğunuzu da hamı yaxşı bilir. Öz kininiz sizi partladacaq. Bilmirsiniz ki, sirkə nə qədər tünd olsa, öz qabını partladar?”