Suriyada Rusiya ordusunun polkovniki Vladimir Bekiş öldürülüb. Bu barədə Rusiya mətbuatı Bekişin yaxınlarına istinadən məlumat yayıb. Məlumata görə, hərbçi iyunun 19-da Suriyada hərbi əməliyyatlar zamanı öldürülüb. Lakin ölüm haqqında şəhadətnamədə Vladimir Bekişin Suriya Ərəb Respublikasında öldüyü göstərilir.
Rusiya Müdafiə Nazirliyi zabitin ölümü barədə heç bir məlumat verməyib.
azadliq.info