İstanbulda qətlə yetirilən azərbaycanlı kriminal avtoritet Rövşən Lənkəranskinin hüzr mərasimində iştirak etmək üçün kriminal aləmin tanınmış nümayəndələri Azərbaycanda olub. Mediada onların Quba yolunda hərəkətini əks etdirən video yayılıb. İddialara görə, hərəkətdə olanlar gürcü vor-zakonlarıdır.