Bütün zülmkarlar layiqli cəzalarını alacaqlar
Həyasızlığın, utanmazlığın, hüquqsuzluğun, absurdun yeni tərəflərini görməkdəyik. Hökumət cəbhçiləri “gülənçilik”də ittiham edir və absurd arqumentlərlə həbsə atır. AXCP sdərinin köməkçisi Faiq Əmirlinin maşınına atılan kitabların redaktoru, ön söz yazanı da hökumətin sözçüləridir. Ən böyük gülənçi özləri olduqları halda, öz adlarını cəbhəçilərə qoyurlar.
Faiq Əmirli CM-nin 168-ci maddəsi (Dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında fəaliyyət göstərən və bu fəaliyyətlə ictimai asayişi pozan, yaxud vətəndaşların sağlamlığına zərər vuran və ya formasından asılı olmayaraq vətəndaşların hüquqlarını pozan, habelə vətəndaşların qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirməkdən yayındıran qrup təşkil etmə, ona rəhbərlik etmə və ya belə qrupda iştirak etmə)ÿilə təqsirli bilinib. Istintaq eyni zamanda Faiq Əmirlini Hizmət təşkilatının Azərbaycandakı imamı elan edib. Faiq Əmirli ona qarşı irəli sürülən ittihmları rədd edib və heç bir ifadə verməyib.
Bəli, şər hakimiyyəti daha 2 uşağı gözüyaşlı qoydu, daha bir ailə bu şərin qurbanına çevrildi. Baş verənlər həm də onu təsdiqləyir ki, bu ölkədəki ədalətsizliklər, hüquqsuzluqlar, qeyri-insanilik təkcə MTN-lə bağlı deyilmiş. Hökumət sübut etməyə çalışırdı ki, bugünə qədər ölkədə baş verən eybəcərliklər MTN-in özfəaliyyətidir. Amma hökumətin həyasızcasına həyata keçirdiyi repressiyalar göstərir ki, MTN-ni ilhamlandıranlar, ssenariləri yazanlar iş başındadır.
Içində zərrə qədər vicdan daşıyan, insani keyfiyyətlərə sahib olan heç bir şəxs başqasını şərləyə bilməz. Azyaşlı uşaqların göz yaşı tökməsinə biganə qalmaz. Amma bu hökumət o qədər anti-millidir ki, uşaqların göz yaşına baxmaqdan, vicdanlı insanları şərləməkdən zövq alır.
Faiq Əmirli hansısa müddətə həbs olunacaq, amma bu adamlar öz insanlıqlarını ömürlük həbsə məhkum ediblər. Bir ata övladına haram tikə yedirtməkdən necə zövq ala bilir. Bu adamlar ailələrinə necə bu pulları apara bilirlər. Hər gün minlərlə insan bu adamlara qarğış yağıdırır, lənətləyir. Amma bu “şər komandası” övladlarına ah-nalə yedirtməyi, ailələrinin qarğış sahibi olmalarını rahatlıqla qəbul edirlər.
O günahsız uşaqların, o əzab çəkən ailələrin ah-naləsi şərçiləri mütləq tutacaq. Həqiqətən də dəhşətlidir, bu adamlar necə rahat yata bilirlər, şərəfli insanlara çamur atıb, necə kişilikdən, insanlqıdan dəm vururlar? Bir dəfə verilmiş ömrü bu qədər şərəfsizcəsinə yaşamaq olarmı? Faiq Əmirlinin həbsi absurdun zirvəsinə dırmaşmaq idi. Allahıszlığın, qanunlara tüpürməyin, həyasızlığın analoqsuz fomrası idi. O qədər insani keyfiyyətlər deqradasiyaya uğrayıb ki, faktlar qarşısında da böhtanlarından əl çəkmirlər. Bir halda ki, sübutlar, faktlar, görüntülər əhəmiyyət kəsb etmir, o zaman məhəkəmlər nəyə lazımdır?
Tarixən belə olub. Bütün zalımlar sonda öz qazdıqları quyuya düşüblər. Zalımlar ayaq altında qalıb, heykəlləri uçulub, zindanda ah-nalə ediblər, xalqın qəzəbi ilə üz-üzə qalıblar.
Bu gün rahatlıqla şərəfli insanları “ermənipərəst”, “vətən xaini”, “gülənçi” adıyla həbsə atanların acı aqibətini tarix də, xalq da görəcək.
Bu zalımlar Vəli Əsgərovun, Akif Çovdarovun, Ilqar Əliyevin taleyini niyə unudurlar? Daha böyük zalımlar Qəzzafinin, Səddamın, Mübarəkin, Çauşeskunun acı sonluğundan niyə dərs çıxarmırlar?
Əminliklə deyirik ki, hər kəs əməlinə görə cavab verəcək. Təkcə o dünyada yox, həm də bu dünyada. Bu gün nə qədər mümkündür zülm etsinlər, günahsız insanlara işgəncə versinlər, bir gün mütləq artıqlaması ilə cavab alacaqlar.
Xalqı ağlar günə salıb mübariz insanlardan “gülənçi” düzəltmək istəyənlərin ağlar günləri qarşıdadır. Siz Faiq Əmirlini Gülənin imamı kimi damğalayırsız. Zaman isə sizi öz adınızla damğalayacaq. Çünki, ən pis, ən lənətlənmiş ad öz adınız olacaq. MTN generallarının yoluyla gedənlərin sonu acınacaqlı olacaq.
Akif