Türkiyə mətbuatı Azərbaycanda yaşanan dollar qıtlığından yazıb. Sozcu qəzetinin saytı qeyd edir ki, yerli pul vahidi manatın dəyərini yüksəltmək üçün dövlət səfərbər olub. Banklar dollarla dollarla həyata keçirən bütün əməliyyatları ya dondurub ya da məhdudlaşdırıb.
“Azərbaycan iqtisadiyyatı neftin qiymətinin düşməsilə əlaqədar çətin günlərini yaşayır. Possovet məkanında Tacikistanın ardınca dollar qarşısında ən çox dəyər itirən Azərbaycan manatıdır. Ölkədə keçən il iki devalivasiya həyata keçirilib. Ölkənin ən böyük bankları keçən cümə günü dollarla həyata keçirən bütün əməliyyatları ya dondurub ya da valyuta dəyişməsini 100-500 dollar arasında məhdudlaşdırıb.
Azərbaycanda maliyyə bazarına nəzarət palatasının sədri Rüfət Abbasov Blombergə açıqlamasında deyib: “Biz bankların dollar satışına qarışa müdaxilə edə bilmərik.Bu onların qərar öz qərarıdır. S~P-nin hesabatına görə Azərbaycandakı qənaətlərin yüzdə 80i dollar olaraq edilir.
Azərbaycan manatı 2015-də dünyanın ən çox dəyər itirən valyutası oldu. Bu il isə bu ana qədər 7% dəyər itirib.Cümə günü bazarlar bağlanarkən 1 dollar 1.6825 manata dəyişdirilirdi. Azərbaycanın Mərkəzi Bankı keçən il əlindəki dollar ehtiyyatının uçdə ikisini manatı saxlamaq üçün xərcləyib.
Sofaz adlı rifah fondu banklar üçün həftədə iki dəfə 50 miliyon dollarlıq acıq hərrac keçirir. Lakin bu bazarlarda dollar ehtiyyacını ödəmir. Azərbaycan Beynəlxalq bankı isə manata olan güvəni artırmaq üçün faizləri bu il üç dəfə artırıb və 2008-ci ildən bu yana ən yüksək səviyyəyə çıxarıb.Soyadını vermek istemeyen Ruslan isimli bir iş adamı “Son 4 gündə 500 dollar lazım idi amma tapa bilmədim deyir””.