AXCP sədri Əli Kərimli Avropa Olimpiya Komitəsinin prezidenti Patrick Hickeyin həbs olunması xəbərinə münsibət bildirib. Əli Kərimli facebook səhifəsində yazır:
“Bəs Avropa Oyunları avantürası ilə bu xalqdan oğurlanmış 7 milyard dolları xalqa qaytaran olacaq? Azərbaycan hakimiyyəti o “oyunu” məhz bu dələduzun vasitəsilə xalqımızın başına açmışdı. Avropa Olimpiya Komitəsinin prezidenti, Azərbaycanın “Şərəf” ordenini daşıyan, 71 yaşlı Patrick Hickey qanunsuz bilet satışına görə həbs olunub. Vəzifəsindən sui-istifadə edib, əl altından bahalı bilet satdıracaq qədər acgöz birinin Bakıda təşkil olunmuş 7 milyard dollarlıq “oyundan” nə qədər qazandığını təsvvür edə bilirsiniz? Sülalə hakimiyyətinin beynəlxalq aləmdəki bir lobbisti də belə ifşa olundu. Hamısı ifşa olunacaq. Elçibəy demişkən, sadəcə zamana ehtiyacı var. Xalqın malını heç kim sona qədər və rahatlıqla yeyə bilməz. Hər bir korrupsionerin hesab verəcəyi bir gün olacaq, əlbəttə”!