Yeni repressiya dalğası ilə cəmiyyətdə qorxu yaradacağını düşünən hökumət rəsmilərinin nəzərinə: “Nardaran işi” üzrə məhkəməni izləyirəm. Əminliklə deyə bilərəm ki, son illərdə ən çox və daha şiddətli işgəncə məhz Tale Bağırzadə və onun əqidədaşlarına verilib. Yeri gəlmişkən, Tale bəylə birlikdə həbs edilənlərin xeylisi sadə insanlardır. Baxmayaraq ki, o insanları bu gedişlə uzun müddətli cəzalar gözləyir, onlar dəhşətli işgəncələrə məruz qalıblar, mən onların arasında qorxan, öz əqidəsindən, mübarizəsindən imtina edən birini görmürəm. Nəinki həbslərin, hətta işgəncələrin belə artıq əvvəlki zamanlardakı effekti vermədiyini dərk etmək üçün bu nümunələr yetərli deyilmi? Siz qanunsuz həbsləri, repressiyaları, haqsızlığı artırdıqca, daha çox adam öz daxili qərarını verir ki, ölkə belə davam edə bilməz və şəxsən o, imkan düşən kimi bu tiranlıqla mübarizəyə qoşulacaq.