Əgər iqtisadi islahatlar aparılmasa, Rusiyanın valyuta ehtiyatları artıq 2017-ci ilin sonuna kimi tükənə bilər. Bu barədə Rusiya maliyyə nazirinin birinci müavini Tatyana Nesterenko məlumat verib.
“Əgər heç nə dəyişməsə, gələn ilin sonuna nə ehtiyatımız, nə də əmək haqlarını ödəmək imkanımız olacaq. Ciddi iqtisadi problemlərlə qarşılaşacağıq”, – deyə nazir müavini qeyd edib.
İyulun əvvəlinə olan məlumata görə, 2017-ci ildə Maliyyə Nazirliyi Ehtiyat Fondunu, həmçinin 2017-2019-cu illərdə Milli Rifah Fondundan 1,78 trilyon rublu tamamilə xərcləməyi planlaşdırır.