Jurnalist Xədicə İsmayılın Azərbaycandan çıxmasına qadağa qoyan məhkəmə qərarından verilən apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı açıqlanıb.
Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas avqustun 1-nə təyin edilib.
İşə hakim Vaqif Mursaqulovun sədrliyi ilə baxılacaq.
Xatırladaq ki, X.İsmayıl sınaq müddəti dövründə Azərbaycan Respublikası hüdudlarından çıxışına qoyulan qadağanın götürülməsinə dair Binəqədi Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə jurnalistin şikayətini təmin etməyib. O, həmin qərardan apellyasiya şikayəti verib.