ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Jozef Dunford iyulun 31-də Türkiyəyə gələcək. Bu barədə Türkiyə mətbuatında məlumat yayılıb. Məlumatda deyilir ki, səfər çərçivəsində Dunford Ankarada bir sıra görüşlər keçirəcək, İncirlik hərbi bazasında ABŞ əsgərlərinə baş çəkəcək.