Türkiyənin daxili işlər naziri Əfqan Ala hərbi çevrilişə cəhddən sonra həbs edilənlərin sayını açıqlayıb. Əfqan Al bu günədək 18 min 44 nəfər saxlanıldığını bildirib. Məhkəmələr həmin şəxslərdən 9 min 677-nin həbs edilməsinə qərar verib.
Bundan başqa ümumilikdə 49 min 211 nəfərin pasportunun etibarlılığına xitam verilib.