Əvvəlcə xalqın 48 milyard dollarını oğurlayıb ölkədən çıxardılar, özünü 25-30 faizlik kreditlərlə yarımcan etdilər. Sonra suyun və işığın qiymətini qaldırdılar. İnsanların böyük əksəriyyətinin yalnızca çörəyə möhtac olduğunu bildiklərindən, indi də çörəyin qiymətini qaldırırlar. Digər məhsulların da qiyməti hər gün qalxmaqdadır. Görülən tədbirlərin effektli olması üçün 500 min nəfər ən imkansızların son ümidi olan ünvanlı yardımı da ləğv edirlər. İşi tam qarantiyaya almaq üçün isə yarımcan edilmiş manatı da tam olaraq öldürməkdə qərarlıdırlar. Görürsünüz xalqı ram edib, müqavimətini qırmaqdan ötrü necə sistemli iş qurublar?