Ukrayna dövlət qaz şirkəti “Naftoqaz”ın direktoru Kobolev Türk Axını qaz boru xətti proyektinin Ukrayna və Avropa Birliyi üçün təhlükə yaratdığını deyib.
Rusiya ilə Türkiyə arasında məlum təyyarə böhranı sonrası bir müddətlik təxirə salınan Türk Axını layihəsinin Moskva iləAnkara gərginliyinin azalması ilə yenidən gündəmə gəlməsi Ukraynanı narahat edib. Ukrayna Dövlət Qaz şirkəti “Naftoqaz”ın direktoru Andrey Kobolev Türk Axını təbii boru xətti proyektinin Ukrayna və Avropa Birliyi üçün təhlükəı yaratdığını bildirib. Ukrayna 5 kanalının qonağı olan Kobolev “Türk Axını layihəsinin inşası uğursuz təsir yarada bilər. Türkiyə və Rusiya arasında həyata keçirilən görüşlərdən xəbərdarıq. Kobolev Ərdoğanın yaxın zamanda Rusiyaya səfəri çərçivəsində bu mövzunu Putinlə müzakirə edəcəyini bildirib. Kobolev bildirib ki, bu proyektin həyata keçirilməsi Ukrayna üçün bəzi təhlükələr yaradır. Tranzit keçən qazın bir qismini itirmək məcburiyyətində qalacağıq. Bu proyekt Şimal Axınına bənzəyir. Ukrayna üzərindən keçən və Ukrayna iqtisadiyyatına qaynaq yaradacaq olan qaz Türk Axınına nəzarət edən şirkətə gedəcək. Türk Axının Avropa Birliyi üçün də ciddi təhlükə olduğunu önə sürən Kobolev bildirib ki, bu proyekt Cənub Qaz Dəhlizinin blok edilməsi üçün təsirli bir vasitədir və bu bütün Avropa Birliyi üçün təhlükə risqi daşıyır. Avropa birliyi Türk Axınına sərt reaksiya verməlidir. Ümid edirik ki, Cənub axınında olduğu kimi burada da Avropa Birliyinin mövqeyi sərt olacaq. Kobolev bildirib ki, Avropa Birliyi bu proyekti tamami ilə dayandıra bilər. Çünki Türkiyə və Rusiya dərin yerlərdə boru xətti inşa edəcək bir texnologiyaya sahib deyil. Bunu yalnız xarici şirkətlər edə bilər.