Türkiyənin “Tekfen İnşaat” şirkəti Azərbaycanın Vergilər Nazirliyi ilə müqavilə imzalayıb. Bu barədə şirkətin rəsmi “Facebook” səhifəsinə məlumat yayılıb.
Nazirliyin yeni inzibati binasının dəmir-beton, polad və xarici üzlənməsini şirkət öz üzərinə götürüb.
Bina 33 mərtəbəli, 169 metr yüksəkliyində olacaq. Xüsusi arxitekturaya malik layihədə idarəetmə ofisləri, konfrans salonları, yeraltı avtomobil dayanacağı və istirahət sahələri tikiləcək.
Bu, şirkətin “SOCAR Tower”dən sonra ikinci işi olacaq.
“Marja”nın məlumatına görə, müqavilənin dəyəri 94 milyon dollardır (təxminən 150 milyon manat).