Azərbaycanda ev təsərrüfatlarının banklara əmanət etdiyi vəsaitin (depozitlərin) həcmi bankların ev təsərrüfatlarına etibar etdiyi vəsaitdən (kreditdən) xeyli çoxdu. Əhalinin banklarda əmanətləri 7.6 milyard manat, bankların ev təsərrüfatlarına verdiyi kreditlər 6.9 milyard manatdır.
Maraqlı müqayisə olduğu üçün deyim ki, məsələn, əhalisi bizdən təxminən 8 dəfə az olan Estoniyada tam tərsidir: hazırda əhali banklara 11 milyard avro əmanət qoyub, amma banklardan 16 milyard avro kredit götürüb.
Yeri gəlmişkən, hazırda Azərbaycanda əhalinin hər nəfəri hesabı ilə 430 avro, Estoniyada 8 200 avro bank əmanəti var…
Yazı Rövşən Ağayevin Facebook səhifəsindən götürülüb