«Bizi təhdid edən açıqlamalar verməyin!»
«FETÖ əməliyyatı»: 16 telekanal, 23 radio, 45 qəzet bağlandı
Türkiyədə Fətullahçı terror təşkilatı (FETÖ) ilə əlaqələrinə görə 1684 nəfər Silahlı Qüvvələrin sıralarından xaric edilib. Qərara uyğun olaraq, Candarm Qüvvələri Baş Komandanlığı və Sahil Mühafizəsi Daxili Işlər Nazirliyinin tərkibinə verilib. Bəzi məlumatlara görə,ÿGülhanə Hərbi Tibb Akademiyasının daÿSilahlı Qüvvələrdən alınaraqÿ Türkiyə Səhiyyə Nazirliyinin tabeliyinə veriləcək.
Ordu sıralarından çıxarılan hərbi qulluqçulardan 87 general, 726 zabit və 256 gizir Quru Qoşunlarında xidmət edir. Hərbi Dəniz Qüvvələrində 32 admiral, 59 zabit və 63 gizir, Hərbi Hava Qüvvələrində isə 30 general, 314 zabit və 117 gizir ordudan uzaqlaşdırılıb. Bundan başqa, qərara əsasən, 3 xəbər agentliyi, 16 televiziya, 23 radio, 45 qəzet, 15 curnal, 29 nəşriyyat və yayım evi bağlanıb.
Ankara Prokurorluğu tərəfindən aparılan istintaq əməliyyatına şübhəli şəxs kimi cəlb olunmuş 243 əsgərdən 241-i həbs edilib. Həbs olunanlar FETÖ tərəfindən hazırlanmış dövlət çevrilişinə cəhddə iştirak etməkdə təqsirli bilinirlər.
Ali Hərbi Şura toplandı
Dünən Ankarada – Çankaya sarayında Türkiyənin baş naziri Binəli Yıldırımın sədrliyi ilə Ali Hərbi Şuranın iclası keçirilib. Iclasda Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar, milli müdafiə naziri Fikri Işıq və digər güc strukturlarının komandanları iştirak ediblər. Iclasdan sonra prezident Rəcəb Tayyib Ərdoğanın adından Şura üzvlərinin şərəfinə prezident sarayında ziyafət verilib. Şuranın iclasında qəbul olunan qərarların dövlət başçısının təsdiq etməsindən sonra ictimaiyyətə açıqlanması nəzərdə tutulur. Qeyd edək ki, Ali Hərbi Şuranın rəhbəri Türkiyə Respublikasının Baş naziridir. Baş nazir olmadıqda Şuraya Baş Qərargah rəisi rəhbərlik edir.
Dünən iki generalın istefa verdiyi barədə xəbər yayılıb. Bunlar Quru Qoşunları Komandanlığının qərargah rəisi, generalÿIhsan Uyar və Quru Qoşunlarının Təlim və Doktrina Komandanlığının ÿkomandanı, generalÿKamil Başoğludur. Hər iki generalın ordudakı yenidənqurmayaÿvə çevrilişdən sonrakı kütləvi həbslərin ordunun imicinə ciddi zərbə vurmasına etiraz edərək postlarını təhvil verdikləri iddia olunur.
Mediada “təmizləmə əməliyyatı”
Türkiyədə fövqəladə vəziyyət çərçivəsində bəzi ÿqurum və təşkilatlar barəsində nizamlama aparılması qərarına əsasən 3 xəbər agentliyi, 16 telekanal, 23 radio, 45 qəzet, 15 curnal, 29 nəşriyyat bağlanıb. Bu barədə “Milliyet” qəzeti xəbər verib.
Bağlanılan qəzetlərin arasındaÿ “Taraf”, “Zaman”, “Azad Düşüncə”, “Bu gün”, “Millət”, “Meydan, “Todays Zaman”, “Sabaha Baxış” və “Yeni Hayat” var.
Bağlanılan televiziya kanalları bunlardır:ÿBarış TV, Bu gün TV, Can Erzincan TV, Dünya TV, Hira TV, Irmak TV, Kanal 124, Kanaltürk, MC TV, Mehtap TV, Merkuri TV, Samanyolu Haber, Samanyolu TV, SRT TV, Tuna Shopping TV , Yumurcak TV.
Cihan Xəbər Agentliyi, Müxbir Xəbər Agentliyi və SEM Xəbər Agentliyi bağlanılan informasiya agentlikləri arasındadır.ÿ
Prezident Administrasiyası zenit topu ilə qorunacaq
O da məlum olub ki, bundan sonra Türkiyə Prezident Administrasiyası (Cumhurbaşkanlığı Külliyesi)ÿyerli hava hucumundan müdafiə sistemi vasitəsilə qorunacaq.
Türkiyədə dövlət çevrilişinə cəhd zamanı helikopterlərdən atəşə tutulan binaya “Qorqud” zenit topu quraşdırılacaq.ÿ Qeyd edək ki,ÿ “Qorqud” Türkiyəninÿ ASELSAN şirkətinin FNSS ZMA-30 tır-tırlı nəqliyyat platforması üzərində hazırladığıÿ35 mm çaplı 2 lüləli zenit topudur. Helikopter, təyyarə, pilotsuz uçuş aparatı və aşağı məsafədən uçan raketlərə qarşı tətbiq olunanÿ “Qorqud” 3 ölçülü radara, IFF sisteminə, qabaqcıl silah seçimi alqoritmlərinə, avtomatik sursat ötürmə sisteminə, radarlarla yanaşı, elektro-optik sistemlərə və müasir atış-kontrol sisteminə sahibdir(report).ÿ
Misir Gülənə sığınacaq verə bilər
Misir baş naziri Şərif Ismayıl ölkəsinin Fətullah Güləndən sığınacaqla bağlı müraciət almadığını, lakin belə bir istəyin olacağı təqdirdə, hökumətin bunu dəyərləndirəcəyini bildirib.
Bu məlumatı “Reuters” Misirin dövlət agentliyi MENA-ya istinadən yayıb.
Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ Gülənin ABŞ-dan başqa bir ölkəyə qaçmağı planlaşdırdığı barədə məlumat aldıqlarını bildirib. Bozdağ Gülənin qaça biləcəyi ölkələrin Avstraliya, Meksika, Kanada, Cənubi Afrika və Misir ola biləcəyini demişdi.
Qeyd edək ki, AKP hökuməti ilə Misirin hazırkı rəhbərliyi arasında münasibətlər yaxşı deyil. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Misirin devrilmiş prezidenti Məhəmməd Mursini dəstəklədiyini bəyan edib.
Çavuşoğlu: “ABŞ onu bizə təhvil vermirsə…”
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ və Avropa Birliyinə ultimatum göndərib. Çavuşoğlu CnnTürk-ə müsahibəsində Fətullah Güləni təhvil verməyəcəkləri təqdirdə ABŞ-Ankara münasibətlərinin pisləşəcəyini bildirib: “Bir terror təşkilatının rəhbəri bu ölkədə yaşayırsa və ABŞ onu bizə təhvil vermirsə, bu, münasibətlərə öz təsirini göstərəcək. Biz vəziyyəti bu həddə gətirmək istəmirik”.
ABŞ-a səfər edəcəyini və orada həmkarı Con Kerri ilə görüşəcəyini deyən Çavuşoğlu əsas məqsədin Gülənin ekstradisiyası olacağını bildirib.
Avropa Birliyindən gələn açıqlamalara da toxunan XIN rəhbəri “dünyada terror təşkilatlarına qarşı necə mübarizə aparırlarsa, biz də eynisidir. Avropa Birliyindən bizi təhdid edən açıqlamalar gəlməməlidir”.
Çavuşoğlu ölkədə baş verən son hadisələrlə bağlı Xarici Işlər Nazirliyinin ümumilikdə 88 əməkdaşının fəaliyyətinə xitam verildiyini açıqlayıb. Türkiyə diplomatiyasında hər hansı qruplaşma ilə əlaqəsi olan şəxslərin qalmayacağını deyən nazir təmizləmə əməliyyatının davam etdiriləcəyini bildirib. O, daha bir neçə səfirin də vəzifədən kənarlaşdırılacağını əlavə edib.
Mövlud Çavuşoğlu Türkiyəyə yaxın ölkələrdə də Fətullah Gülənə bağlı təşkilatlanmaların məhv edilməsinə çalışdıqlarını deyib.