Bu gün Avropa Liqasında III təsnifat mərhələsinin oyunlarına start verilib. Turnirdə yeganə təmsilçimiz “Qəbələ” də növbəti oyununa çıxıb.
Roman Qriqorçukun komandası Fransada “Lill”in qonağı olub. Görüş 1:1 hesabı ilə başa çatıb.
Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması avqustun 4-ü keçiriləcək.
Xatırladaq ki, təmsilçimiz buna qədər Gürcüstanın “Samtredia”, Macarıstanın MTK klubunu mübarizədən kənarlaşdırıb. “Lill” isə birbaşa III təsnifat mərhələsindən mübarizəyə başlayır.
Qollar: Vernidub, 12 (0:1), Mendes, 46 (1:1)