Suriya prezidenti Bəşər Əsəd iyun ayının əvvəlində gizli şəkildə Moskvaya səfər edib. O, səfər zamanı Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparıb.
Bu səfər haqqında Livanın “Əl-Cümhuriyyə” qəzeti məlumat yayıb.
Məlumatda bildirilir ki, səfərin əsas məqsədi avqust ayının əvvəlində baş tutacaq Suriya üzrə Rusiya ilə ABŞ-ın birgə planının ictimaiyyətə təqdim olunmasıdır.
“Əl-Cümhuriyyə” qəzeti bildirir ki, Bəşər Əsəd İsrailin baş naziri Binyamin Netanyahunun Rusiyaya səfərindən bir neçə gün əvvəl Moskvaya səfər edib.
Qeyd edək ki, Netanyahu və Putin arasındakı görüş iyun ayının 7-də görüşüb.
Danışıqlar zamanı Suriya ilə İsrail arasındakı münaqişənin nizamlanmasına da toxunulub.