Oqtay Haqverdiyev: «Hansısa sahəyə 10 faiz, hansısa sahəyə isə 18 faiz ƏDV tətbiq edəcəklər»
Vergilər nazirinin müavini Sahib Ələkbərov xəbərdarlıq edib ki, payızda vergi sistemində dəyişikliklər olacaq. Həmin dəyişikliklər yanvarın 1-dən qüvvəyə minəcək. Amma nazir müavini dəyişikliklərin konkret nədən ibarət olduğunu açıqlamayıb. Maraqlıdır, hökumətin bu sahədə hansı planları var? Hansı vergi növlərində dəyişiklik ola bilər?
Bu sualla müraciət etdiyimiz iqtisadçı-ekspert Oqtay Haqverdiyev deyir ki, onda olan məlumata görə, Əlavə Dəyər Vergisinin (ƏDV) diferensial formada olacağı gözlənilir:
“Hansısa sahəyə 10 faiz, hansısa sahəyə isə 18 faiz vergi tətbiq edəcəklər. Bunu tənzimləyən qərar veriləcək. Həmçinin, Vergilər Nazirliyinin özündə struktur dəyişikliyi olacaq. Konkret vergilərin özündə nəyisə dəyişmək, bu məsələni qoymaq isə düzgün deyil. Vergiləri artırmaq daha məqsədəuyğundur. Çünki büdcə dolmur. Bununla belə, konkret hansı vergilərin dəyişdiriləcəyi barədə dəqiq informasiya verilmir”.
Nigar