Türkiyə-Suriya sərhədində güclü partlayış baş verib. Türkiyə mətbuatının məlumatına görə, hadisə Suriyanın şimalındakı Haseke vilayətinin Qamışlı rayonunda, Hilal qovşağı yolunda baş verib.
Məlumata görə, PKK-nın Suriya qanadı sayılan PYD-nin qərargahı qarşısında minalanmış yük avtomobili partladılıb.
Suriya dövlət televiziyası patlayışda 44 nəfərin öldüyünü, 170 nəfərin yaralandığını, mərkəzi qərargahı Londonda yerləşən Suriya İnsan Haqlarını Müşahidə Şurası isə aralarında mülki vətəndaşların da olduğu 14 nəfərin öldüyünü açıqlayıb.
Suriya dövlət televiziyası isə patlayışda ölənlərin sayının 22 nəfər olduğunu açıqlayıb.
Həmçinin Türkiyənin Nusaybin rayonunda partlayış nəticəsində qırılan şüşələrin 2 nəfəri yaraladığı vurğulanıb. Yaralılar Mehmet Sait Biçen (68) və Nasrettin Dikkat (76) Nusaybin Dövlət Xəstəxanasına qaldırılıblar.