387 nəfərlik Rusiya yığmasının 85 üzvü, antidopinq qaydalarının pozulmasına görə Olimpiya yarışlarından gənarlaşdırılıb.
Onların əksəriyyəti-67-si, bundan əvvəl Beynəlxalq Yüngül Atletika Federasiyaları Assosiasiyası tərəfindən gənarlaşdırılan yüngül atletlərdir.
Lozannadəki idman arbitiraj məhkəməsi də iyulun 21-də qərarı təsdiqləyib.
Amma bu rəqəm getdikcə böyüyür.
Beynəlxalq Federasiya iyulun 26-da daha 7 idmançını yarışlardan kənarlaşdırıb.
The Daily Telegraph qəzeti yazır ki, Rusiya yığmasının 90 faizi dopinq qalmaqalına görə Rio-de Janeyro olimpiadasından gənarda qala bilər.
Onu da qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsi iyulun 24-də Rusiya yığmasının olimpiya yarışlarına buraxılması barədə qərar verib.
Amma bir şərtlə ki, atletlər müvafiq idman növü üzrə beynəlxalq federasiyalardan razılıq alsınlar.