NBC News televiziyası 15 iyul gecə ABŞ Müdafiə Nazirliyinin nümayəndəsinə əsaslanaraq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təyyarəsinin İstanbula enişinə icazə verilmədiyini və onun Almaniyadan sığınacaq istədiyini iddia etmişdi. Ancaq qısa zaman sonra bu iddianın yalan olduğu meydana çıxdı – həmin gecə Ərdoğan Atatürk hava limanına gəldi, hətta qısa çıxış da etdi.
İndi Türkiyənin ABŞ-dakı səfiri NBC-ə məktub göndərərək, onu məsuliyyətsiz davranışda günahlandırıb və televiziyadan üzr istəməyi istəyib.