Ancaq respublikaçı seçicilərin 45 faizi hələ də Trump-ın deyil, başqa bir şəxsin partiyadan vahid namizədi olmasını istəyir
Donald Tramp namizədi olduğu Respublikaçılar Partiyasının milli qurultayından sonra prezidentlik uğrunda mübarizədə Hillari Klinton-u ötüb.
CNN-in ölkəboyu keçirdiyi sorğu nəticəsinə görə, onun reytinqi 44 faizdir. Bu isə Klinton-un 39 faizlik reytinqindən, təbii ki, çoxdur.
Son dəfə 2000-ci ildə belə ciddi sıçrayış olmuşdu
CNN-in ənənəvi rəy sorğusunun nəticələrində milli qurultaydan sonra belə ciddi sıçrayış son dəfə 2000-ci ildə olmuşdu. Həmin il Al Gore və George W. Bush-un hərəyə 8 xal artmışdı.
Bu, Tramp-ın CNN-in sorğu sonuclarında ötən ilin sentyabrından bəri Klinton-la müqayisədə göstərdiyi ən yaxşı nəticədir.
Tramp bu yüksəlişi müstəqil seçicilərin artan dəstəyinə borcludur. Həmin seçicilərin 43 faizi bildirib ki, Tramp-ın Klivlenddə keçirdiyi qurultaydan sonra, böyük ehtimalla, onu dəstəkləyəcəklər. 41 faizsə Tramp-ı dəstəkləməkdən boyun qaçırıb.
Qurultaydan öncə müstəqil seçicilərin 34 faizi Klinton-a, 31 faizi Tramp-a dəstək verəcəyini bildirmişdi. Digər iki namizəd – Johnson və Stein-ın reytinqləri, uyğun olaraq, 22 və 10 faiz olmuşdu. İndi bütövlükdə 46 faiz Trump-ı, 28 faiz Clinton-u, 15 faiz Johnson-u, 4 faizsə Stein-ı dəstəkləyir.
Sorğu nəticələri ölkənin ağdərili əhalisi arasında təhsil fərqinin önəminə də işıq salıb. Qurultaydan sonra Clinton-un reytinqi universitet dərəcəli ağ seçicilər arasındakı 40 faizdən təxminən 44 faizə yüksəlib. Trump-ın universitet dərəcəsi olmayan ağ seçicilər arasındakı reytinqi isə 51 faizdən 62 faizə qalxıb.
Qurultaydan əvvəl və sonra
Qurultaydan əvvəl qeydiyyatdan keçən seçicilərin 39 faizi Tramp-ı dəstəkləyəcəyini deyirdisə, qurultaydan sonra bu göstərici 46 faizə yüksəlib. Onun iqtisadiyyat və terrorizm kimi məsələlərə yanaşmasına görə aldığı dəstəksə Clinton-a dəstəkdən xeyli çoxdur. Clinton bu məsələlərlə bağlı qurultaydan əvvəl 57 faizin dəstəyini ala bilmişdisə, qurultaydan sonra bu göstərici 50 faizə enib.
Çin fabriki Trampın maskasından xeyli qabağa duşəcək
Qurultaydan sonra Tramp-ın şəxsi imici də xeyli yaxşılaşıb. İndi çoxluğun fikrincə (52 faizin), Tramp şəxsi mənafeyinə görə yox, ölkənin rifahı naminə namizədliyini irəli sürüb. Seçicilərin cəmi 44 faizi Klinton haqqında da eyni fikirdədir. Tramp-ı vicdanlı və etimadalayiq sayanlar da 38-dən 43 faizə yüksəlib. “Tramp kimi prezidentimiz olsa, fəxr edərdim” deyənlərin faiz nisbəti isə 32-dən 39 faizə çatıb. Artıq seçicilərin 46 faizinin fikrincə, Tramp da adi amerikalıların hər gün üzləşdikləri problemlərdən xəbərdardır. Qurultaydan əvvəl bu nisbət 37 faiz idi.
Tramp-ın ölkəni bölməyəcəyinə, əksinə, birləşdirəcəyinə inananların faiz nisbəti 34-dən 42 faizə yüksəlib.
CNN/ORC rəy sorğusunun nəticələrinə görə, seçicilərin 68 faizi Klinton-un vicdanlı və etimadalayiq olmadığını deyib. Bu, onun ötən həftəsonu Filadelfiyada toplaşan tərəfdarlarına ən pis xəbər olub. (azadliq.org)