Bakı vaxtı ilə, 18:00-a olan məlumata görə, dünya bazarlarında Brent nefti daha 1,7% ucuzlaşaraq 44,85 dolları, ABŞ xam nefti isə 2% ucuzlaşaraq 43,25 dolları görüb.
Neft, ABŞ-da qazılan quyuların sayının ardıcıl dörcüncü həftə artırması ilə bağlı olaraq ucuzlaşır. Qazılan neft quyularının sayının artması qlobal hasilat çoxluğunun davam edəcəyinə işarədir.
Baker Hughes Inc.-ının Cümə günü açıqladığı rəqəmlərə görə, ABŞ-da aktiv neft qazma quyularının sayı 14 artaraq 371-ə çıxıb.
ABŞ Əmtəə Müddətli Əməliyyatlar Komissiyasının məlumatlarına görə, 17 İyulda bitən həftədə, Qərbi Texas neftində (WTI) ucuzlaşma gözləntisi ilə açılmış qısa mövqelərin sayında son bir ilin ən sürətli artımı olub.
Analitiklər bildirirlər ki, neft qiymətləri ehtiyatların yüksək olduğu və qazma quyularının artdığı bir şəraitdə, güclənən dolların təzyiqi altındadır.