Bakıda 9 yaşlı qızın ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. İyulun 24-də Qaradağ rayonunun Qobustan qəsəbəsində yaşayan 9 yaşlı Günel Lələyeva həyətdə olarkən onu cərəyan vurub.
Bildirilir ki, azyaşlı qız həyətdəki elektrik sayğacına toxunub və cərəyan vurmasından hadisə yerindəcə keçinib. (lent.az)