Bu halda onlar məsuliyyətdən azad ediləcək
Yerevanda silahlılar tərəfindən tutulan polis idarəsinin ərazisinə vərəqələrə atılıb. Bu vərəqələrdə qiyamçılara təslim olmaq təklif edilir. Qeyd olunur ki, polis idarəsinin tutulması, qanunsuz silah saxlanılması və istifadə edilməsi, həmçinin digər cinayətlərə görə onları 15 ilə qədər həbs cəzası gözləyir. Bununla yanaşı qiyamçılara təslim olunmaq təklif edilib. Bu halda onlar cinayət məsuliyyətindən azad ediləcək. Ancaq vərəqələrdə polis polkovnikinin öldürülməsi faktına toxunulmur.