Vəkil Əsabəli Mustafayev bir neçə gündən sonra AXCP fəalı Ruslan Qarayevlə görüşə bilib. Vəkilin bildirdiyinə görə, bu gün bəlli olub ki, Ruslan Qarayev İnzibati Xətalar Məcəlləsinin 2 maddəsi üzrə məsuliyyətə cəlb olunub. O, xırda xuliqanlıqda və polisə müqavimətdə təqsirləndirilərək 20 günlik inzibati həbsə məruz qoyulub.
Xatırladaq ki, Ruslan Qarayev iyulun 20-dən yoxa çıxıb, 21-də onun Sumqayıt Şəhər Polis Şöbəsində saxlandığı məlum olub. Ertəsi gün ona 20 sutka inzibati həbs cəzası verildiyi haqda məlumat yayılıb.
Yaxınları gənc fəalın həbsindən bir gün əvvəl “facebook” səhifəsində keçmiş prezident Heydər Əliyevin heykəli qarşısında çəkdirdiyi fotosunu paylaşdığını və status yazdığını bildirir, həbsin səbəbini də bununla əlaqələndirir.
azadliq.info