42 jurnalistin həbsinə qərar verildi; Qiyam cəhdinə görə işdən çıxarılan dövlət qulluqçularının sayı 46 minə çatdı
Türkiyədə “Fətullahçı Terror Təşkilatı”nın (FETÖ) nəzarətində olan media orqanlarına qarşı əməliyyat başlayıb. Istanbul Terror və Mütəşəkkil Cinayətkarlıq Bürosunun baş prokuror əvəzi Irfan Fidan aparılan istintaq çərçivəsində 42 media mənsubunun yaxalanması haqqında təlimat verib. Onların arasında Türkiyənin məşhur jurnalistlərindən olan Nazlı Ilıcakın da adı var. N.Ilıcakın hazırda turizm zonası Muğla vilayəti ərazisində olduğu güman edilir.
1944-cü il təvəllüdlü Nazlı Ilıcak Demokrat Partiyanın hakimiyyəti dövründə nazir vəzifələrində çalışmış Muammer Çavuşoğlunun qızıdır. Onun ilk həyat yoldaşı bir zamanlar Türkiyənin populyar mətbuat orqanlarından biri – “Tərcüman” qəzetinin sahibi Kamal Ilıcak olub. Mühafizəkar kəsimin tanınmış simalarından olan Nazlı Ilıcak 1999-cu ildə Fəzilət Partiyasından Istanbul millət vəkili seçilib.
Dövlət çevrilişinə cəhddən sonra Türkiyədə işdən çıxarılan dövlət qulluqçularının sayı 45 min 954 nəfərə çatıb.
Bu barədə Anadolu Agentliyi məlumat verib. Məlumata görə, işdən çıxarılanların əsas hissəsi təhsil işçiləridir. Bu sektordanÿ 42 min 767 nəfər kənarlaşdırılıb. Ailə və Sosial siyasət Nazirliyindən 599, Elm, sənaye və texnologiya Nazirliyindən 560, Nəqliyyat, Dəniz və Kommunikasiyalar ÿNazirliyindən 529 nəfər işdən azad edilib. 300 nəfər isə TRT-dən çıxarılıb.
Fətullahçı səfirlər Türkiyə XIN-dən qovulacaq
“Fətullahçı terror təşkilatının hərbi çevriliş cəhdindən sonra Türkiyə Xarici Işlər Nazirliyində səfir səviyyəsində vəzifədən çıxarılmalar olacaq”.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Habertürk” kanalına müsahibəsində deyib.
Vaxtilə Türkiyə XIN-ə qəbul imtahanının sual və cavablarının FETÖ üzvlərinə verildiyini söyləyən M. Çavuşoğlu bu şəkildə nazirliyə ciddi sızmaların baş verdiyhini bildirib: “Başqa qurumlardan bizim nazirliyə personal alınaraq əsas vəzifələrə yerləşdirilib”.
Çavuşoğlu bildirib ki, bu şəxsləri təsbit etmək üçün nazirlik ciddi şəkildə çalışmaları davam etdirir: “Xəta payımızı minimallaşdırmaq üçün çox ciddi çalışırıq”.
“Türk Hava Yolları” 211 əməkdaşını işdən çıxardı
Türk Hava Yolları aviaşirkəti (THY) 211 əməkdaşını işdən kənarlaşdırıb. Bu barədə şirkət özü yazılı açıqlama yayıb.ÿ
Açıqlamada bu işçilərin ölkə və şirkətin təhlükəsizliyi və mənfəətinə zərər verməklə FETÖ ilə əlaqələrinin olması bildirilib.
“Türk ÿHava Yolları baş verən hərbi çevriliş cəhdindən sonra bütün ailə üzvləri ilə birlikdə və ya qəhrəman millətimizin bir parçası olaraq planlaşdırılan xain hücumun qarşısının alınmasındaÿvə demokratiyanın qurulmasında üzərinə düşən məsuliyyəti bütün şərtlərdə yerinə yetirməyə davam edəcək”, – deyə açıqlamada qeyd olunub.
Baş verən digər dəyişikliyə əsasən, aviaşirkətin maliyyə məsələləri üzrə baş direktor müavini Coşqun Kılıç işdən çıxıb. Onun yerinə bu vəzifəyə Murad Şəkər təyin olunub.
Ərdoğana sui-qəsd edənlər yaxalanıb
Iyulun 15-də Fətullahçı terror təşkilatının dövlət çevrilişinə cəhdi zamanı Muğla vilayətinin Marmaris rayonundakı oteldə prezident Rəcəb Tayyib Ərdoğana sui-qəsd etmək istəyən hərbçilərdən üçü dağlıq ərazidə yaxalanıb. Hərbçilərin gətirilməsi üçün əraziyə helikopter göndərilib. Qeyd edək ki, həmin hərbçilər hotelə hücum zamanı iki polis əməkdaşını öldürüblər.
Türkiyə Hərbi Hava Qüvvələrinin keçmiş baş prokuroru Əhməd Zəki Üçok bildirib ki, ordunun yüksək səviyyəsindən xeyli general və polkovnik nəzarətə alınıb, önəmli qismi həbs edilib: “Xeyli boşluq yaranacaq. Biz cənub-şərqdə PKK terroruna qarşı mübarizə aparan ölkəyik.ÿSuriya ilə sərhədimizdə yeni bir dövlətin ortaya çıxmamasına çalışırıq. Ona görə bu boşluğun bir an əvvəl doldurulması lazımdır. Bir müddət əvvəl FETÖ-nün də təzyiqləriylə hərbi akademiyalardan 1985-1988-ci illərdə məzun olanların pensiyaya çıxarılmasına dair qanun qəbul edildi. O qanunun bir an əvvəl ləğv edilməsi və pensiyaya çıxarılmış o vətənsevər zabitlərin yenidən aktiv hərbi xidmətə cəlb edilməsi lazımdır. O dönəm FETÖ-nün hərbi akademiyalara ən az bulaşdığı son dönəmlərdir. Ondan sonrakı dönəmdə FETÖ-nun hərbi məktəb və akademiyalardakı fəallığı inanılmaz dərəcədə artıb”.
“Onlara general rütbəsi verilməlidir”
Üçok qeyd edib ki, 1985-88 arasında məzun olanlar 1990-cı illərin əvvəllərində PKK terrorunu bitirənlərdir. Və o dönəmdən mümkün qədər çox hərbçiyə general rütbəsi vermək lazımdır: “Balyoz”, Izmir və Istanbuldakı “casusluq” proseslərindəÿbu ölkənin ən dəyərli komandanları ordudan uzaqlaşdırıldı. Həm məhkəmə qərarları, həm də FETÖ-nün son çevriliş cəhdi o komandanlara nə qədər böyük haqsızlıq edildiyini ortaya qoydu. Onlar heç bir rütbə, maaş istəmədənÿ verilən vəzifələri yerinə yetirməyə hazırdır. Baş qərargahın onları bir an əvvəl vəzifəyə dəvət etməsini gözləyirəm. Daha alt rütbədə olub Izmirdəki “casusluq” prosesində ordudan uzaqlaşdırılan vətənsevər zabitlərimiz də bir an əvvəl orduya cəlb edilməlidir. Prezident Ərdoğan Ali Hərbi Şuranın bu ilki iclaslarının 1 həftə qabağa çəkiləcəyini demişdi. Məncə, bunu etməməli, Şuranın iclasının vaxtını bir az da gecikdirərək, həm FETÖ ilə, həm də PKK ilə ən ciddi şəkildə mübarizə aparacaq vətənsevər zabit və generalları ordunun yüksək mövqelərinə gətirməlidir. Hörmətli prezidentin bunu edəcəyinə ürəkdən inanıram”(apa).
Ərdoğan müxalifəti saraya dəvət etdi
Qeyd edək ki, dünən ÿprezident Ərdoğanın dəvəti ilə ana müxalifət – Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğluÿvə Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bahçeli paytaxtın Beştəpə məhəlləsindəki prezident sarayına gediblər. Bu, prezident Ərdoğanın öz sarayında iki müxalifət lideri ilə ilk birgə görüşüdür.ÿGörüşdə Ədalət və Inkişaf Partiyasının (AKP) lideri, baş nazir Binəli Yıldırım da iştirak edib. Görüşün detalları barədə məlumat verilməsə də, əsas müzakirə mövzusunun ölkədə baş verən son olaylar olduğu bildirilir.