Ərdoğan: «Bu, Türk xalqının tarixində ən xəyanətkar, ən alçaq çevriliş cəhdi oldu»
ATƏT qiyamçıların məhkəməsinə müşahidəçi göndərmək istəyir
Türkiyə Böyük Millət Məclisi Nazirlər Kabinetinin iclasında qəbul olunan fövqəladə hal haqqında qərarı təsdiqləyib. Səsvermədən sonra parlamentin iclasında çıxış edən baş nazir Binəli Yıldırım deyib ki, qəbul olunan bu qərarla dövlət xalqa deyil, özünə fövqəladə vəziyyət elan edib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Reuters” agentliyinə müsahibəsində bildirib ki, ölkədə baş verən hərbi çevriliş cəhdləri nəticəsində 246 nəfər həlak olub, 2185 nəfər xəsarət alıb.
103 general həbs edilib
Ərdoğan deyib ki, daha 4 min nəfər, o cümlədən 103 general dövlət çevrilişinə cəhddən sonra həbs edilib. Onun sözlərinə görə, Türkiyə hakimiyyəti qiyam cəhdindən sonra ümumilikdə təxminən 10,4 min həbs həyata keçirib.
Eyni zamanda, Türkiyə prezidenti ölkədə qiyam cəhdinin yenidən mümkünlüyünü də istisna etməyib və indiki şəraitdə bunun heç də asan olmayacağını deyib. O, qiyam cəhdinin qarşısının alınmasında xüsusi xidmət orqanlarının işində çatışmazlıqlar və boşluqların olduğunu da qeyd edib.
Ərdoğanın dediyinə görə, Türkiyə Silahlı Qüvvələrində yeni struktur yaradılacaq.
Prezidentin fikrincə, ölkədə üç ay müddətinə elan olunmuş fövqəladə vəziyyət rejiminin müddəti başa çatdıqdan sonra onun uzadılması üçün heç bir maneə yoxdur.ÿƏrdoğan,ÿhəmçinin, Konstitusiyaya dəyişikliklərin edilməsini istisna etməyib.
15 iyul Şəhidləri Anma Günü oldu
Türkiyə prezidenti Türk xalqının tarixində ən xəyanətkar, ən alçaq çevriliş cəhdinə qarşı müqavimətini qərarlı şəkildə davam etdirdiyini bildirib: “Fərasəti və cəsarəti ilə silahlı çevriliş təşəbbüsünü uğursuzluğa uğradan qəhrəman millətimdən ölkəmiz bu çətin dövrdən tamamilə çıxana qədər meydanlarda tutduğu demokratiya keşiyini çəkməyi davam etdirməsini xahiş edirəm. Gələcək nəsillər 15 iyul demokratiya müqavimətinin bütün qəhrəmanlarını heç vaxt unutmayacaq. 15 iyul tarixini hər il Şəhidləri Anma Günü kimi elan etdiyimizi də bu münasibətlə sizlərlə bölüşmək istəyirəm.”
Türk banklarının kredit reytinqi aşağı düşdü
“Standart & Poor’s” (S&P) beynəlxalq reytinq agentliyi Türkiyənin kredit reytinqini aşağı saldıqdan sonra bu ölkənin banklarının da reytinqini “BB+” səviyyəsindən “BB”yə endirib.
Kredit reytinqi endirilən banklar – “Iş Bankası”, “Vakıflar Bankası”, “Yapı ve Kredi Bankası”, “Garanti Bankası” və “Garanti Finansal Kiralama”dır.
Agentliyin şərhində Türkiyədəki qeyri-müəyyənliyin artmasının proqnozlaşdırıldığı qeyd edilib və bu inamsızlığın sərmayə qoyuluşlarını məhdudlaşdıracağı bildirilib. Qeyd edək ki, “Standart & Poor’s” ötən günlərdə Türkiyənin kredit reytinqini “BB+” səviyyəsindən “BB”yə endirmişdi.
Ərdoğan: “S&P çevrilişi dəstəkləyir”
Türkiyə prezidenti beynəlxalq reytinq agentliyinin bu qərarını şərh edərkən ölkənin maliyyə sektorunun sabitliyindən əmin olduğunu bildirib.
“Röyters”in verdiyi xəbərə görə, Ərdoğan qeyd edib ki, ölkədə bu sahədə problem yoxdur, maliyyə sektoru isə kifayət qədər güclüdür. ÿ
Ərdoğanın sözlərinə görə, reytinqin aşağı salınması onu göstərir ki, S&P demokratiyanı deyil, çevrilişi dəstəkləyir: “Moody’s” də analoji qərar verəcəksə, onu da obyektiv adlandırmaq mümkün olmayacaq”.
Ərdoğan bundan əvvəl ÿS&P-nin ÿölkənin suveren reytinqlərini “BB+/B”-dan “BB/B”-dək aşağı salmaq qərarını aşağı salmasını (neqativ proqnozla) siyasi qərar adlandırıb. ÿ
1669 özəl təhsil qurumu bağlanır
Türkiyənin Təhsil Nazirliyi “Fətullahçı Terror Təşkilatı”na (FETÖ) məxsus olan 939 özəl məktəb, 449 tələbə yataqxanası və 284 digər qurumu bağlamağa hazırlaşır.
ÿÜmumilikdə 1669 özəl təhsil qurumu qapadılacaq. Nazirlik indiyə qədər 800-ə yaxın özəl məktəbin bağlanması ilə bağlı yazılı təlimatı vilayətlərə göndərib.
Həmin məktəblərdə çalışan 27 min 157 təhsil işçisi və digər personalın çalışma iznləri ləğv edilib. Bu şəxslərinÿTəhsil Nazirliyi sistemində çalışmasına icazə verilməyəcək.
“Təyyarənin vurulması və qiyam cəhdi eyni prosesin tərkib hissədir”
Hərbi çevrilişə cəhdin məqsədlərindən biri Türkiyə-Rusiya münasibətlərinin pozulması olub. Bunu hakim Ədalət və Inkişaf Partiyası sədrinin müavini, deputat Mətin Külünk bildirib: ÿ”Hadisələrə bütövlükdə nəzər saldıqda, çevrilişə cəhdin məqsədlərindən biri də Türkiyə-Rusiya münasibətləri olub. Son üç il ərzində bəzi qüvvələr israrla Obama-Putin-Ərdoğan münasibətlərini pozmağa çalışıblar. O qüvvələr ki, Rusiyanı Türkiyədən ayırmağa, bu iki ölkə arasında münasibətləri pozmağa çalışıblar. Ərdoğanın Rusiyaya dair son addımını nəzərə alsaq, çevrilişə cəhdin arxasında Rusiya-Türkiyə münasibətlərinin normallaşmasından qorxanların durduğunu inkar etmək mümkün deyil”.
Onun sözlərinə görə, Rusiyaya məxsus “Su-24” təyyarəsinin vurulması tələ, çevrilişə hazırlıq olub. Rusiya təyyarəsinin vurulması və çevrilişə cəhd eyni prosesin tərkib hissədir.
ATƏT Türkiyədə hərbi çevriliş cəhdi ilə əlaqədar həbs olunanların məhkəmə proseslərinə müşahidəçi göndərmək üçün müraciət edib(apa). “Deutsche Welle”nin verdiyi xəbərə görə, bu barədə ATƏT/DTIHB-nin direktoru Maykl Link “RBB-Inforadio”ya müsahibəsində deyib. O bildirib ki, ATƏT vəziyyət barədə məlumat əldə etmək və hazırda qəbul edilən qərarları Türkiyə hökuməti ilə müzakirə etmək niyyətindədir.
Qiyam günü Ərdoğanın qaldığı otelin sahibi danışdı
Prezident Ərdoğanın 15 iyul günü Marmarisdə qaldığı otelin sahibi Serkan Yazıcı həmin günü oteldə baş verən hadisələri nəql edib(strateq.az). Çevriliş xəbəri yayılandan sonrakı 6 saat ərzində orada baş verənləri “Posta” qəzetinə danışanÿ Serkan Yazıcının sözlərinə görə, ətrafı yaxşı tanıdığı üçün Ərdoğan ondan “Serkan, dəniz yoluyla ən yaxın hara gedə bilərik”, – deyə, soruşub: “Mən Dalamana gedə biləcəyimiz, ancaq Aksaz Hərbi Dəniz Qərargahının önündən keçəcəyimizi dedim.ÿO, ”Olmaz, başqa hara gedə bilərik”, – deyə soruşdu. Çox yaxında yunan adalarının olduğunu xatırladıb “Sizi apara bilərəm ora”, – dedimÿ. Bu sözümə qədər təmkinli, sakit görünən Ərdoğan əsəbi haldaÿ “Mənim yunan adalarında nə ÿişim var? Mən səndən ÿIstanbula necə gedə biləcəyimi soruşuram”, deyə, qəzəbli cavab verdi”.
Otel sahibi deyib ki, Ərdoğan “CNN Türk”də xalqı meydana çağırandan 1 saat sonra kürəkəni, enerci naziri Berat Albayrakın telefonuna zəng gəlib: ÿ”Telefonu qapatdıqdan sonra Ərdoğana dönübÿ dedi ki, xalq əllərində bayraqlarla tankların üstünə çıxır, qiyamçılara qarşı böyük dirəniş var. Küçələr xalqla dolub. Bu an cangüdənlərin “şefi” Muhsin Köse dəÿ Istanbul Atatürk Hava limanının qiyamçılardan geri alındığını prezidentə xəbər verdi. Ərdoğanın üzündə ÿbu zaman ilk dəfə sevincli bir ifadə yarandı”.
Serkan Yazıcı Ərdoğanın otelden ayrılma anını da danışıb:
“Onların haradan və necə gələcəyi bilinmirdi. Mühafizənin rəisi Muhsin Köse Ərdoğanın qoluna girib ”Əfəndim, dərhal getməliyik, burada artıq qala bilmərik”ÿdedi. ÿƏrdoğan bizə “haqqınızı halal edin” deyib helikopterə minmək üçün çıxdı.ÿHelikopterin bütün işıqları söndürüldü, radarlara düşməmək üçün alçaqÿ uçuş qərarı alındı. Ərdoğan, həyat yoldaşı Əminə Ərdoğan, qızı Əsra Albayrak, kürəkəniÿ Berat Albayrak vəÿ 3 nəvəsi Dalamanaÿ doğru belə yola çıxdılar”.
Otel sahibi Ərdoğanın hadisələrin pik saatında kiminləsə danışğını da xatırlayıb: “Ərdoğan çıxanda kiminləsə telefonda danışdı. Dedi ki, onların tankı varsa, bizim də imanımız var. Dirənin, gərəkirsə, öləcəyik. Danışıq qutarandan sonra ona diqqətlə baxdığımı görüb ”Serkan, sən indi tarixə şahidlik edirsən”, dedi”.
Obamadan ittihamlara reaksiya: “Xəbərimiz belə, olmayıb”
Türkiyədəki çevriliş cəhdinin arxasında ABŞ Mərkəzi Kəşfiyyat Idarəsinin durması və ya əlinin olması barədə xəbərlərə rəsmi reaksiya verilib.
ABŞ prezidenti Barak Obama Türkiyədəki məlum olaylarda Amerikanın və onun kəşfiyyat qurumunun əli olmadığını bəyan edib:ÿ “Bizim ümumiyyətlə, belə bir çevriliş istəyindən xəbərimiz olmayıb. Qəti olaraq, bu olaylarda əlimiz olmayıb, ola da bilməzdi. Türkləri anlayırıq. Eyni hadisəni biz də yaşasaydıq, bəlkə biz də belə kəskin reaksiyalar verərdik”.
Obama Fətullah Gülənin ekstradisiyasına da toxunub. Və bildirib ki, bu məsələylə bağlı Türkiyə ilə əməkdaşlığı gücləndirəcəklər.